AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, Rusiya Dövlət Dumasının (DD) deputatları ölkənin hava məkanının Rumıniyanın bütün təyyərələrinin üzünə bağlanması barədə çağırış ediblər.
Bu ərəfədə Rumıniya hakimiyyəti Moldovaya danışıqlar aparmaq üçün gedən Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin də göyərtəsində olduğu reys uçağını özünün hava məkanına buraxmayıb.
«Ədalətli Rusiya» fraksiyası başçısının müavini Oleq Nilov bəyan edib ki, rəsmi Kişinyov Rusiyaya qarşı qeyri-dost siyasi kursu həyata keçirən Rumıniyanın girovuna çevrilib. «Bundan həm də sadə vətəndaşlar zərər çəkirlər» - deyə, «Parlamentskaya qazeta» yazır.
Rumıniyada isə bildiriblər ki, təyyarənin göyərtəsində «sanksiya siyahısının fiqurantı» uçduğu üçün onu hava məkanına buraxmayıblar.

Şərhlər