Menu

ABŞ kəşfiyyatı hesabat verəcək - Rusiyanın seçkilərə müdaxiləsi barədə

29.07.2017, 16:45
ABŞ kəşfiyyatı hesabat verəcək - Rusiyanın seçkilərə müdaxiləsi barədə

ABŞ Konqresinin Nümayəndələr Palatası kəşfiyyatdan ölkədə 2016-cı ildə keçirilmiş prezident seçkilərinə Rusiyanın müdaxiləsi barədə hesabat tələb edəcək.

APA-nın xəbərinə görə, bu məsələ 2018-ci ildə kəşfiyyata ayrılacaq maliyyə vəsaitinə dair qanun layihəsində əksini tapıb. Layihə Konqresin saytında yerləşdirilib.

Sənədə əsasən kəşfiyyat xarici əks-kəşfiyyat tədbirləri və seçki sisteminə kibertəhlükələr barədə Konqresə hesabat təqdim etməlidir. ABŞ Milli Kəşfiyyat direktoru Daniel Kouts isə qanunun qüvvəyə minməsindən sonra 60 gündən gec olmayaraq Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi barədə hesabatı qanunvericilərin diqqətinə çatdırmalıdır.

Xatırladaq ki, daha öncə ABŞ-ın 17 kəşfiyyat strukturu Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi barədə ortaq rəylə çıxış ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol