Menu

Şenol Günəş Türkiyə millisində?

29.07.2017, 23:09
Şenol Günəş Türkiyə millisində?

"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Türkiyə millisini çalışdıracağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, yığmada işləməyi düşünmədiyini deyib: "Hazırda bütün diqqətimi "Beşiktaş"a yönəltmişəm. Klubumla yeni müqavilə imzalamışam".

Qeyd edək ki, Ş.Günəşin baş məşqçilik etdiyi İstanbul klubu ötən mövsüm ölkə çempionu olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol