Menu

Bakıda ABŞ səfirliyi qarşısında "Allahu Əkbər" qışqıran şəxs saxlanıldı

31.07.2017, 10:01
Bakıda ABŞ səfirliyi qarşısında "Allahu Əkbər" qışqıran şəxs saxlanıldı

Bakıda ABŞ səfirliyi qarşısında insident olub.

APA-nın məlumatına görə, naməlum şəxs səfirliyin qarşısında “Allahu Əkbər” deyərək qışqırıb. Həmin şəxs dərhal saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılıb.

Nəsimi rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər.

Bildirilib ki, araşdırmalar zamanı onun Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Əli Səməd oğlu Quliyev olması müəyyən edilib.

Ə. Quliyevin izahatı alınaraq sərbəst buraxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol