Menu

PKK oğurladığı 2000 uşağı qaytarır

20.06.2014, 14:33
PKK oğurladığı 2000 uşağı qaytarır

PKK terror təşkilatı dağa qaçırdığı uşaqları buraxacaq. Avropa.info-nun məlumatına görə, mərkəzi Cenevrədə yerləşən Sivilizasiyalı Cəmiyyət Qurumu PKK üzvü Bahoz Erdal və Delal Amedlə görüşüb.

Qurum görüşdən sonra açıqlama verərək bildirib ki, 16 yaşdan kiçik olan uşaqlar geri göndəriləcək: "PKK 2013-cü ildə "Uşaqları silahların təsirindən qorumağa dair" müqavilə imzalayıb. Təşkilatın üzvləri 16 yaşdan az olan uşaqları geri göndərəcəklər.

16-18 yaş arası olanlar isə ailələri ilə görüşəcək".

Diyarbəkirdə aksiyaları davam etdirən ailələr qərarla razılaşıb. Amma bütün uşaqların qaytarılmasını istəyiblər.

PKK son dəqiqə sözündən dönməsə dağdakı 2000 uşaq evinə qayıdacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol