Menu

Meyiti quyudan tapılan körpənin ölümüylə bağlı rəsmi açıqlama

31.07.2017, 12:28
Meyiti quyudan tapılan körpənin ölümüylə bağlı rəsmi açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Lənkəran rayonunda yeni doğulan körpənin ölümü ilə bağlı məlumat yayıb.

DİN-dən verilən məlumata görə, iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in "102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxmasını bildirib.

Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olmasını bildirib.

Hadisə yerinə gələn Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən uşağın meyiti su quyusundan çıxarıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Lənkəran ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol