Menu

Bakıda bir nəfər dənizdə boğulub

31.07.2017, 18:31
Bakıda bir nəfər dənizdə boğulub

Bakıda bir nəfər Xəzərdə boğulub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonunda 1 nəfərin dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1800 m aralı, nəzarətsiz ərazidə) batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1967-ci il təvəllüdlü Əliyev Mübariz Cavad oğlunun cəsədi batdığı yerdən 700 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 17:11-də başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol