Türkiyənin “Beşiktaş” klubu heyətinə yeni oyunçu cəlb edir.
Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi hollandiyalı futbolçu Cermen Lenslə razılığa gəlib.
“Sanderlend”in hücumçusunun bu həftdə İstanbula gedərək 3 illik müqavilə imzalayacağı bildirilir.
Qeyd edək ki, 29 yaşlı oyunçu ötən mövsüm icarə əsasında “Fənərbağça”da oynayıb.


Şərhlər