Menu

Mingəçevirdə bədbəxt hadisə - 2 yaşlı uşaq pəncərədən yıxıldı

31.07.2017, 20:47

usaqMingəçevir şəhərində azyaşlı üçüncü mərtəbədən yıxılıb.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Cəmil Əliyev küçəsi 3a saylı binada baş verib.

Belə ki, həmin binada 16 saylı mənzildə yaşayan 2015-ci il təvəllüdlü Ümid Məhərrəm oğlu Əliyev üçüncü mərtəbədən yerə yıxılıb. Azyaşlı xəstəxanaya çatdırılıb və hazırda uşaq şöbəsində müalicəsi davam etdirilir. Ümid Əliyevin vəziyyəti normal olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol