Menu

Bakı metrosunda qatarların hərəkəti ləngiyir

01.08.2017, 09:35
Bakı metrosunda qatarların hərəkəti ləngiyir

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev  bildirib ki, hadisəyə səbəb "Həzi-Aslanov" - "İçəri Şəhər" istiqamətində hərəkət edən 11 saylı qatarda nasazlıq yaranmasıdır.

"Qatarın nasaz olması ümumi xətdə qatarların ləngiməsinə gətirib çıxarıb. Yaxın saatlarda bu problem aradan qaldırılacaq", - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol