AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiyanın Baş naziri Sindzo Abe Çini və Rusiyanı bir daha Koreya Xalq Demokratik Respublikasının (KXDR) dayanmaq bilməyən ballistik raket sınaqları ilə bağlı bu ölkəyə təzyiqi artırmağa çağırıb.
Bu barədə «Kiodo» agentliyi xəbər verib.
Yaponiya lideri bu bəyanatını Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampla telefon danışığından sonra səsləndirib.
Xatırladaq ki, Şimali Koreya ötən ay ərzində iki dəfə ballistik raket sınaqları keçirib. Kim Çen Inın sözlərinə görə, həmin raketlər artıq Birləşmiş Ştatların materik hissəsinə çatmaq qabiliyyətinə malikdirlər.
ABŞ, Yaponiya və Cənubi Koreya bandan ciddi narahatlıq keçirir.


Şərhlər