Menu

 "Gələcəkdə Rusiya ilə münasibətlər pisləşə bilər" - Tillerson

02.08.2017, 00:54
 "Gələcəkdə Rusiya ilə münasibətlər pisləşə bilər" - Tillerson

ABŞ-ın dövlət katibi Reks Tillerson gələcəkdə Rusiya ilə münasibətlərin pisləşəcəyini ehtimal edir.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Rusiya ilə münasibətlər sizin bildiyiniz kimi kifayət qədər gərgindir. Münasibətlər daha da gərginləşə bilər" – deyə o bildirib.

Tillerson həmçinin qeyd edib ki, Moskvaya bu yaxınlarda etdiyi səfər zamanı iki ölkə arasındakı münasibətlərin "tarixən minimal" səviyyədə olduğunu deyib.

Tillersonun sanksiyalara münasibətin yaxşılaşması haqqında sözləri Rusiya Xarici İşlər Nazirliyi tərəfindən bəyənilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol