“Milli Strateji Düşüncə Mərkəzini yalnız İsa Qəmbər təsis etməyib”. Bunu AzPolitika.info-ya açıqlamasında Azərbaycanın eks-baş naziri Pənah Hüseyn İsa Qəmbərin Milli Strateji Düşüncə Mərkəzi təsis etməsi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, mərkəzin yaradılması yalnız İsa Qəmbərin adı ilə bağlı olmamalıdır: “Çünki o mərkəz yetəri qədər intellektual siyasətçilər tərəfindən yaradılır. İsa Qəmbər bu məsələdə moderator olduğu üçün yalnız onun adı hallanır. Mən özüm də həmin düşüncə mərkəzinin təsisçilərindən biriyəm”.
Ülkər Musazadə


Şərhlər