«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Avropadakı qüvvələrinin Baş komandanı general Ben Hoces Ukrayna kütləvi informasiya vasitələrinə (KİV) xeyli maraqlı müsahibə verib. O, Ukraynanın silahla dəstəklənməsi və Rusiyanın mümkün təcavüzü barədə danışıb.
«Senzor» portalının qonağı olmuş general ifadələrindən çəkinmədən, Birləşmiş Ştatların Ukraynaya göstərdiyi dəstək və onun nəticələri barədə ətraflı söhbət açıb. General Hoces bəyan edib ki, Ukraynanın təcrübəsi ABŞ ordusuna çox kömək edir və işarə vurub ki, Ukrayna silahlı qüvvələri (USQ) Donbasda üsyançılarla yox, Rusiya ordusu ilə döyüşür.
O, Rusiyanın Mərkəzi Ukraynaya soxulacağı barədə yayılmış söz-söbhətə də qiymət verib və belə bir hadisəni «az ehtimal olunan» adlandıraraq, qeyd edib ki, avropalılar Rusiya ordusunun modernləşdirilməsindən və bəzi yeni hissələrin (məsələn, 1-ci qvardiya tank ordusu) yaradılmasından «narahatlıq keçirirlər».
Ancaq «Rusiyaya qarşı hərbi əməliyyatlar başlanacağı təqdirdə, ABŞ və NATO Ukraynaya kömək edəcəkmi?» -kimi başlıca suala cavab vermək əvəzinə, general Hoces mövzunu qəfil dəyişib və diqqəti yenidən Rusiyanın «davranışı»na yönəldib.
«Mən, nə edə bilərik və ya hansı siyasi qərarın qəbul oluna biləcəyi barədə danışmaqda səlahiyyətli deyiləm. Mənim üçün əsas o deyil ki, ABŞ və ya Qərb nə edə bilər? Məsələ ondan ibarətdir ki, Rusiya özünü aqressiv aparmaqda davam edir».
Ukraynaya hərbi kömək barədə söhbətini yekunlaşdıran Hoces qeyd edib ki, hazırda 300 amerikalı hərbçi daimi olaraq Ukrayna ərazisində yaşayır və bunu «çox güclü dəstək» adlandırıb.


Şərhlər