Menu

Paytaxtda yaşayış binasında yanğın - 6 nəfər təxliyə edilib

02.08.2017, 17:43
Paytaxtda yaşayış binasında yanğın - 6 nəfər təxliyə edilib

Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının çardağında ümumi sahəsi 12 kvadratmetr olan köməkçi otaqda məişət əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 14:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol