AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Moldova Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozini öz ərazisində arzuolunmaz şəxs elan edəcək.
Moldova hökumətindəki mənbənin məlumatına görə, onun ölkəyə girişi və ölkə ərazisindən tranziti qadağan olunacaq.
«İnterfaks» agentliyinin məlumatına görə, Moldova Xarici İşlər Nazirliyi (XİN) bu gün Rusiyanın Kişinyovdakı səfiri Fərit Mühəmmetşini nazirliyə dəvət edib. Roqozinin Moldova ərazisində yayımı qadağan olunmuş «Rossiya-24» telekanalına müsahibəsi Rusiya diplomatının nəzərinə çatdırılıb.
Kişinyovda hesab edirlər ki, Rusiya tərəfi Moldova vətəndanlarına və ölkə rəhğərliyinə qarşı qeri-dost münasibət sərgiləyib və təhqiredici ifadələr işlədib.
Bu informasiya hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Şərhlər