Menu

Lənkəranda avtomobil dərəyə yuvarlanıb - 5 nəfər xəsarət alıb

02.08.2017, 22:39

Qezada-sinmish-padpres-180912Lənkəranda ağır yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Osaküçə kəndi ərazisində qeydə alınıb.

İdarəetməni itirən sürücünün avtomobili dərəyə yuvarlanıb. Nəticədə maşında olan 5 nəfər ağır xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol