AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları alqışlayır və ümid edir ki, onlar effektli olacaq.
«Sözügedən qanunda Rusiyanın enerji sektoruna, o cümlədən, «Severnıy potok-2» layihəsində iştirak edən firmalara yönəlik sanksiyaların miqyasının genişləndirilməsi Polşanın, Mərkəzi və Şərrqi Avropanın strateji maraqlarına uyğun gəlir» - deyə, nazirliyin saytındakı məlumatda bəyan edilir.
Xatırladaq ki, dünən ABŞ Prezidenti Donald Tramp Rusiyaya, İrana və Şimali Koreyaya qarşı sanksiyaları nəzərdə tutan qanunun yeni redaksiyasını imzalayıb.
Rusiyanın Baş naziri Dmitri Medvedyevin fikrincə, bu sənədin qüvvəyə minməsi Rusiyaya qarşı tammiqyaslı ticarət müharibəsi elan etmək deməkdir.

Şərhlər