Menu

Qubada maşın dərəyə aşıb, ölən və xəsarət alan var

03.08.2017, 21:23

Qezada-sinmish-padpres-180912Bu gün Quba rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Afurca kəndi ərazisində baş verib. Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Səmədov Vüsal Xeyrulla oğlunun idarə etdiyi "Opel" markalı maşın hündürlükdən dərəyə aşıb. Qəza nəticəsində sərnişin Samir adlı şəxs dünyasını dəyişib. Sürücü isə ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol