Menu

Gülənin yaşıl pasport etirazı rədd edildi

20.06.2014, 18:44
Gülənin yaşıl pasport etirazı rədd edildi

Çağırışlara məhəl qoymayaraq Pensilvaniyadan Türkiyəyə geri dönməyən Fətullah Gülənin ləğv edilmiş yaşıl pasportunu geri almaq tələbi rədd edilib.

Axar.az xəbər verir ki, Ərzurum məhkəməsindən verilən məlumata görə, Gülənin 1990-ci il noyabrın 7-sindən bəri istifadə etdiyi xüsusi möhürlü bu pasportu qanunsuz yollarla yenidən aldığı məlum olduqda məhkəmə sənədi ləğv edib. Gülənin hüquq müdafiəçilərinin sənədin geri qaytarılması ilə bağlı müraciəti isə boşa çıxıb.

Xatırladaq ki, Fətullah Gülən hazırda Türkiyə hüdudlarından kənarda ABŞ-ın Pensilvaniya ştatında yaşayır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol