Menu

Çin ABŞ-n yeni sanksiyalarına qarşı çıxıb

04.08.2017, 23:21

cin-abs flagAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir kit, Çin Xalq Respublikası (ÇXR) Rusiyaya, İrana və Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı sanksiya rejiminin sərtləşdirilməsinə qarşı çıxıb.

«Çin tərəfi ardıcıl olaraq, birtərəfli sanksiyalara qarşı çıxır» - deyə, ÇXR Xarici işlər nazirliyinin (XİN) bəyanatında deyilir. Bəyanat «TASS» agentliyi tərəfindən yayılıb.

Bəyanatın mətnində qeyd olunur ki, Pekin «beynəlxalq fikir ayrılıqlarının bir-birinə hörmət və bərabərhüquqlu dialoq yolu ilə həll edilməsinə tərəfdardır».

ABŞ senatı iyulun 27-də yeni antirusiya sanksiyalarını nəzərdə tutan qanunu təsdiqləyib. Avqustun 2-də isə ABŞ Prezidenti Donald Tramp həmin qanunu imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol