Menu

Mahatma Qandinin nəvəsi Hindistanın vitse-prezidenti ola bilər

05.08.2017, 10:35
Mahatma Qandinin nəvəsi Hindistanın vitse-prezidenti ola bilər

Hindistan parlamentində ölkə vitse-prezidentinin seçilməsi üçün səsvermə başlayıb.

Trend-in məlumatına görə, Hindistan vitse-prezidenti parlamentin hər iki palatasının deputatlar tərəfindən seçilir.

Bu vəzifə uğrunda iki namizəd mübarizə aparır: Qərbi Benqal ştatının keçmiş qubernatoru, Mahatma Qandinin nəvəsi Qopalkrişna Qandi və keçmiş prezident Narendra Modi hökumətində informasiya naziri işləmiş Venkaya Nadu.

Namizədlərdən birinin qalib gəlməsi üçün 50 faizdən çox səs yığması lazımdır.

Hazırkı vitse-prezident Məhəmməd Həmid Ənsarinin səlahiyyət müddəti avqustun 10-da başa çatır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol