Menu

Biləsuvar sakini dərmandan zəhərlənib

06.08.2017, 22:02
Biləsuvar sakini dərmandan zəhərlənib

Biləsuvar rayon sakini dərmandan zəhərlənib."Report" xəbər verir ki, hadisə rayonun İsmətli kəndində baş verib.

Kənd sakini, 1990-cı il təvəllüdlü Cəfərova Rahilə Kamal qızı qəbul etdiyi dərmandan zəhərlənib. R.Cəfərova Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəyə tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol