Menu

«Ukrayna xarici işlər nazirinin Rusiya vətəndaşlığı var» - Saakaşvili bəyan edib

08.08.2017, 18:49

saakashvili«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin (Ukrayna) sabiq qubernatoru Mixail Saakaşvili bəyan edib ki, Ukraynanın xaici işlər naziri Pavel Klimkinin Rusiya vətəndaşlığı var.\

«Ukraynanın xarici işlər naziri Klimkin işlə məşğul olmaq əvəzinə, günlər ərzində mənim gəldiyim və gəlmək fikrində olduğum müxtəlif ölkələrə zəng vurur, iddialar irəli sürür. Yeri gəlmişkən, Klimkin etnik olaraq Ukraynalı deyil, rusdur, Rusiyada anadan olub, mənim bildiyimə görə, Rusiya vətəndaşlığı var və Ukrayna dilində məndən də pis danışır» - deyə, Saakaşvili özünün «Tvitter» səhifəsində yazıb.

«Pyotr Alekseyeviç, budur, xidmətindən gen-bol istifadə etdikdən sonra, vətəndaşlıqdan məhrum etmək üçün daha bir namizəd» - deyə, Saakaşvili Ukrayna Prezidentinə müraciət edib.

Xəbər verildiyi kimi, iyulun 26-da məlum olub ki, Ukrayna Prezidenti Pyotr Poroşenko imzaladığı fərmanla Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib.

Avqustun 4-də Saakaşvilinin Polşaya gəldiyi məlum olub. Avqustun 7-də o, bəyan edib ki, Polşaya heç bir maneə olmadan, Ukrayna pasportu ilə gəlib.

Avqustun 8-də Saakaşvili Polşanı tərk edib və Litvaya yollanıb. Vilnüsdə o, bəyan edib ki, Litvanın bəzi siyasətçilərinin təklifinə görə, minnətdar olsa da, Litva vətəndaşlığı almağa iddialı deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol