“Bakcell” mobil operatorunun şəbəkəsində ciddi problem yaranıb.
AzNews.az-ın məlumatına görə, artıq bir neçə dəqiqədir ki, “Bakcell”in şəbəkəsində tutumda ciddi problem yaranıb. Nəinki, digər, hətta operator abunəçiləri də bir-birinə zəng etmək imkanından məhrum olublar.
Abunəçilər arasında ciddi narahatlıq yaşanır. Hətta digər mobil operatorlardan gələn zənglərin qəbulu da mümkünsüzləşib.


Şərhlər