Menu

ABŞ bombardmançıları Koreya səmasında! 

09.08.2017, 17:19
ABŞ bombardmançıları Koreya səmasında! 

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, çərşənbə axşamı Amerika Birləşmiş Ştatlarının (ABŞ) iki B-1B "Lanser" bombardmançı təyyarəsi Quam adasındakı bazadan havaya qalxaraq, Koreya yarımadası üzərində təlim məşqi keçirib.

«Yonhap» agentliyinin xəbərinə görə, məşqlər Koreya Respublikasının qırıcıları ilə birlikdə dövri təlimlər çərçivəsində həyata keçirilib. Müttəfiqlər məşqlərin keçirilməsi barədə əvvəlcədən xəbər verməyiblər.

Xatırladaq ki, bundan əvvəl Şimali Koreya bəyan etmişdi ki, ABŞ-ın Quam adası yaxınlığındakı strateji hərbi obyektlərinə orta mənzilli ballistik raketlərin köməyi ilə zərbə endirilməsinin mümkünlüyünü götür-qoy edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol