Menu

"M-NAF" MMC yenə dövlət sifarişi aldı

10.08.2017, 11:14
"M-NAF" MMC yenə dövlət sifarişi aldı

“Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) tərəfindən Masallı rayonunda Masallı Sənaye Məhəlləsinin yaradılması ilə bağlı tikinti işlərinin satın alınması üçün keçirilən açıq tender proseduru başa çatmışdır.

Tender komissiyasının 03 Avqust 2017-ci il tarixli qərarı ilə “M-NAF” MMC həmin tenderin qalibi seçilmişdir. Sözügendən şirkətlə 04 Avqust 2017-ci il tarixində satınalma müqaviləsi imzalanmışdır.

“Azərbaycan İnvestisiya Şirkəti”nin Neftçala rayonunda sənaye məhəlləsinin yaradılması çərçivəsində tikinti işlərinin aparılması üçün 2015-ci ildə etdiyi tenderin qalibi də “M-Naf” MMC elan edilmişdi. Şirkət ilə bağlanılmış müqavilənin dəyəri 21 milyon 823 min manat təşkil etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol