Menu

ABŞ Şimali Koreyaya preventiv zərbə endirə bilər

10.08.2017, 12:10
ABŞ Şimali Koreyaya preventiv zərbə endirə bilər

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Koreya Xalq Demokratik Respublikasına (KXDR) preventiv zərbə endirə bilər.Quam adasında dislokasiya olunmuş B-1B strateji bombardmançı təyyarələrin hərəkətə gətiriləcəyi ehtimal olunur.

Özəl mənbəyinə istinadla, xəbəri «NBC» kanalı yayıb.

Mənbənin sözlərinə görə, hədəf qismində raket atışı mekydançası, sınaq kompleksi və köməkçi binalar seçilə bilər.

Eyni xamanda, Pxenyanda bəyan ediblər ki, bir neçə gündən sonra Şimali Koreya hərbçiləri ölkə liderinə xüsusi plan təqdim edəcəklər. Plana əsasən, ballistik raketlər ABŞ-n Quam adasındakı aviabazasının yaxınlığına düşməlidir.

Bundan əvvəl isə ABŞ Prezidenti Donald Tramp işarə vurmuşdu ki, Şimali Koreyanın təhdidlərinə ABŞ mümkün qədər sərt cavab verəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol