Menu

ABŞ Putinin Abxaziyaya səfərini pisləyib

10.08.2017, 12:17

dovlet-departament-usa-absAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putinin Abxaziyaya səfərini pisləyib.

Dövlət Departamentində səfəri yolverilməz adlandırıblar.

Xəbər verildiyi kimi, bu ərəfədə Rusiya Prezidenti Vladimir Putin Gürcüstanla münaqişənin 9-cu ildönümü münasibətilə Abxaziyaya səfər edib.

Məlumdur ki, Rusiya və bir neçə dövlət Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol