Menu

AİB kreditin məbləğini artırdı - İKİ DƏFƏ

11.08.2017, 10:38
AİB kreditin məbləğini artırdı - İKİ DƏFƏ

Asiya İnkişaf Bankı (AİB) "Şimal-Cənub" dəmiryolu dəhlizi layihəsi, eləcə də Azərbaycanın dəmir yolu sektorunun inkişafı üçün kreditin məbləğini artırıb.

Trend-in bankın saytına istinadən verdiyi məlumata görə, bu məbləğ 200 milyon dollardan 400 milyon dollara qədər artırılıb.

Məlumatda həmçinin qeyd olunur ki, lazımi informasiya toplamaq üçün avqustun 1-11-də Azərbaycana səfər etməli olan AİB missiyası 28 avqust-8 sentyabr tarixlərində ölkəyə səfərə gələcək.

Kreditin təsdiq olunması ilə bağlı tarix hələ dəqiqləşməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol