Ukrayna Sərhəd Xidmətinin təxminən 80 nəfər əsgəri Luqanskdakı toqquşmalara görə Rusiya ərazisinə girməyə məcbur olub. Bu barədə “İTAR-TASS” agentliyi Rostov üzrə Rusiya Təhlükəsizlik Xidməti sərhəd idarəsinin rəisi Vasiliy Malayevə istinadla məlumat yayıb.
Məlumata görə, müdaxilə zamanı Ukrayna əsgərlərindən ikisi yaralanıb və onlara tibbi yardım göstərilib.
Ukraynalı əsgərlərin hazırda da Rusiya sərhəd zonasında olduqları deyilir.
“Rusiya tərəfi sərhəd məntəqəsini gücləndirmək üçün əlavə tədbirlər görür”, - deyə Malayev əlavə edib. O, həmçinin bildirib ki, Rostov vilayətindən Donetskə keçid məntəqəsi Ukrayna tərəfdən atəşə tutulduğu üçün qapadılıb.


Şərhlər