Menu

Bakıda ağır qəza - Ölən və xəsarət alanlar var

11.08.2017, 11:54
Bakıda ağır qəza - Ölən və xəsarət alanlar var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 11-də saat 2 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakinləri Şəfa Zeynalovun idarə etdiyi “Mercedes” və Orxan Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə Ş.Zeynalov hadisə yerində ölüb, O.Məmmədov və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol