Türk əsgərlər Türkiyə-Suriya sərhədinə cəmlənib
Dünya İraq Şam İslam Dövləti Suriyanın Türkiyə ilə sərhədində yerləşən Qamışlı kəndinə minatanlarla hücum edib.
ANS PRESS-in məlumatına görə, Türkiyə-Suriya sərhədində partlayış səslərini eşidən türk əsgərləri dərhal sərhədə cəmləşdirilib.
Bundan başqa Suriya Hərbi Hava Qüvvələrinin helikopterləri, Ordu qüvvələrinin bölükləri dərhal əraziyə göndərilib. Bölgədən arasıkəsilmədən silah səsləri eşidilib.
Partlayışlar nəticəsində ölən və ya yaralananlar haqqında məlumat yoxdur.


Şərhlər