Menu

Aleksandr Qriqoryan istefa verib

13.08.2017, 00:07
Aleksandr Qriqoryan istefa verib

Aleksandr Qriqoryan Rusiyanın "Anji" klubunun baş məşqçi postundan istefa verib. "Report"un məlumatına görə, 50 yaşlı mütəxəssis qərarını Premyer Liqanın VI turunda Moskva "Dinamo"suna 1:3 hesablı ev məğlubiyyəti ilə nəticələnən oyundan sonra açıqlayıb.

Erməni baş məşqçi qərarını ardıcıl məğlubiyyətlərlə əlaqələndirib. "Anji" ilk 6 tur ərzində cəmi 1 qələbə qazandığı halda, qalan 5 matçda uduzub. Hazırda Mahaçqala təmsilçisi 3 xalla 16 komanda arasında 15-cidir.

Qeyd edək ki, "Anji"də Moskva "Spartak"ından icarəyə götürülmüş əslən azərbaycanlı futbolçu Ayaz Quliyev də forma geyinir. O, "Dinamo" ilə görüşün 61-ci dəqiqəsindən sonra meydanda olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol