Menu

Rusiya Azərbaycanın hava məkanından keçməklə yük daşıyacaq

14.08.2017, 13:14
Rusiya Azərbaycanın hava məkanından keçməklə yük daşıyacaq

Rusiyanın “AirBridgeCargo” yük aviaşirkəti Moskva-Bakı-Honq Konq marşrutu üzrə Bakı-Honq Konq məkanından keçmək hüququ ilə yükdaşıma icazəsi alıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyinin Aviadaşıyıcıların beynəlxalq daşımalara buraxılması üzrə komissiyasının protokolunda qeyd olunub.

Protokolda bildirilir ki, “AirBridgeCargo” aviaşirkəti həftədə dörd dəfə olmaqla Moskva-Bakı-Honq Konq marşrutu üzrə yükdaşımalar həyata keçirəcək.

Qeyd edək ki, “AirBridgeCargo” aviaşirkəti 2004-cü ildə yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol