Menu

Torpaq sürüşməsi 300-dən çox adamı "uddu"

14.08.2017, 18:55
Torpaq sürüşməsi 300-dən çox adamı "uddu"

Syerra-Leonenin paytaxtı Fritaunda baş vermiş torpaq sürüşməsi nəticəsində 312 nəfər həlak olub. Trend-in məlumatına görə, həlak olanların azı 60 nəfəri uşaqlardır.

Hadisə ilə əlaqədar ölü sayının arta biləcəyi istisna edilmir.

Dağıntılar altında insanların qaldığı ehtimal olunur.

Fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, artıq bir neçə gündür ki, aramsız yağışlar və kəskin hava şəraiti ölkə ərazisində tüğyan edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol