Menu

Sovet əsgərinin memorialı təhqir olunub - Berlində

15.08.2017, 13:11
Sovet əsgərinin memorialı təhqir olunub - Berlində

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Berlin şəhərinin küçələrinin birində 2-ci dünya müharibəsi zamanı həlak olmuş sovet əsgərinə qoyulmuş memorial təhqir olunub. Xəbəri «Berliner Morgenpost» nəşri yayıb.

Xəbərdə deyilir ki, 41 yaşlı kişi əvvəlcə monument üzərinə fizioloji ehtiyacını ödəyib, sonra isə ona tüpürüb. O, ucadan nasizmi dəstəkləyən ifadələr işlədib, tutulan zaman isə Rusiyanın ünvanına təhqirlər səsləndirib.

Kütləvi informasiya vasitələrinin (KİV) yazdığına görə, indi ölülərin xatirəsini təhqir etdyinə görə, onu müvafiq cəza gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol