Menu

Təhsil Nazirliyi qrant müsabiqəsi elan edir

15.08.2017, 18:52
Təhsil Nazirliyi qrant müsabiqəsi elan edir

Azərbaycan Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsini elan edir.

Qurumdan Trend-ə verilən məlumata görə, nazirlik Azərbaycan Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələrini və ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri 1-ci qrant müsabiqəsində iştirak etmək üçün layihə təkliflərini təqdim etməyə dəvət edir.

Müsabiqənin mövzuları aşağıdakılardır:

• Müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi;

• Pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi;

• Təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması;

• Məktəb-icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişafı etdirilməsi;

• Keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması;

• İstedadlı uşaqlarla işin təşkili;

• Ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) tədris prosesində müasir təlim texnologiyalarının tətbiqi;

• Şagirdlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin artırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili;

• Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması;

• Məktəblərarası əməkdaşlığın inkişafı.

Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

Layihələrin icrasına 2017-ci il sentyabr ayının 20-dən sonra başlanıla bilər.

Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 min, fərdi kateqoriya üzrə 10 min manatdan çox olmamalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol