Menu

Stokholmda naməlum şəxs sakinlərə atəş açıb

15.08.2017, 22:54
Stokholmda naməlum şəxs sakinlərə atəş açıb

Stokholmda naməlum şəxsin atəş açması nəticəsində 1 nəfər ölüb, daha bir nəfər isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident şəhərin Estberq rayonunda baş verib.

Məlumata görə, əynində zirehli gödəkcə olan şəxs avtomobildən düşərək avtomat silahdan atəş açıb.

Polis yaralanan şəxslərin kriminal dairələrlə əlaqəli olduğunu bildirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol