AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, Rusiya 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasında (de-yure Ukrayna ərazisi) ən yeni «Voronej - CM» radiolokasiya stansiyası (RLS) tikmək qərarına gəlib. Bu stansiya Sevastopol ətrafında fəaliyyətdə olan «Dnepr» radar stansiyasını əvəzləyəcək.
Yeni stansiyanın yerləşdirilməsi planları barədə raket hücumunun qarşısının alınması sisteminin baş konstruktoru Sergey Boyev danışıb.
«RİA Novosti» agentliyinin məlumatına görə, Boyev Sevastopol rayonundakı «Dnepr» RLS-in bərpasının məqsədəuyğun olmadığını deyib.
««Dnepr» stansiyaları Balaşedə, Murmanskda və Sevastopolda qaldılar. Sevastopoldakı çox pis vəziyyətdədir. Odur ki, onun əvəzinə Krımda «Voronej-CM» RLS-n qurulması planlaşdırılır. Bura onun üçün çox yaxşı yerdir» - deyə, Boyev izah edirb.
Santimetr dtapozonlu RLS yüksək opeativlik və böyük dəqiqliklə bütün raket atışlarına, o cümlədən cənub rakettəhlükəli istiqamətdən qanadlı raketlərin uçuşuna nəzarət etməyə imkan verəcək.
Dessimetr diapozonlu RLS-lə müqayisədə santimetr diapozonlu stansiyaların aşkarlama məsafəsi aşağıdır, ancaq Krım RLS-nin başlıca keyfiyyəti ixtiyari obyektin kordinatlarının müəyyən olunması məsələsində yüksək dəqiqliyidir.

Şərhlər