Menu

Beynəlxalq axtarışda olan şəxs tutularaq Bakıya gətirildi

17.08.2017, 11:07
Beynəlxalq axtarışda olan şəxs tutularaq Bakıya gətirildi

İnterpol xətti ilə axtarışda olan şəxs Rusiyada tutulub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 2015-ci ildən Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1977-ci il təvəllüdlü Rəvan Əliyev Rusiyada həbs edilərək Azərbaycana ekstradisiya olunub.

Hazırda Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol