Menu

Ramil Usubov Abşerona yeni rəis göndərdi - ƏMR

22.06.2014, 14:58
Ramil Usubov Abşerona yeni rəis göndərdi - ƏMR

Daxili işlər orqanlarında yeni təyinat olub. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Şəhriyar Şəmşirli Abşeron Rayon Polis Şöbəsinin rəisi təyin edilib. AzNews.az xəbər verir ki, o, dünən kollektivə təqdim edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl bu barədə informasiya yayılsa da, DİN bunu təkzib etmişdi.

Xatırladaq ki, Şəhriyar Şəmşirli “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun qardaşıdır.

Abşeronun polis rəisi vəzifəsindən azad olunan Namiq İsmayılovun hara təyin edilməsi barədə isə hələlik bir məlumat yoxdur. Onun təqaüdə göndəriləcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol