Menu

İspaniyada 17 yaşlı terrorçu axtarılır

18.08.2017, 13:49
İspaniyada 17 yaşlı terrorçu axtarılır

İspaniyanın hüquq-mühafizə orqanları Barselonada terror aktının törədilməsində şübəhli bilinən 17 yaşlı gənci axtarır.

Trend-in məlumaıtna görə, polis Musa Ukabirin teraktın təşkilində iştirak etdiyini istisna etmir.

İlkin məlumatlara görə, Musa Ukabir avtomobilləri icarəyə götürmək üçün böyük qardaşı Driss Ukabirin sənədlərini oğurlayıb.

Hazırda həmin şəxsin axtarışları davam etdirilir. Onun silahlı ola biləcəyi ehtimal edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol