Menu

İŞİD-in 16 üzvü öldürüldü

22.06.2014, 20:22
İŞİD-in 16 üzvü öldürüldü

Suriya ordusu İraq Şam İslam Dövləti qruplaşmasına hava zərbələri endirib.

ANS PRESS-in məlumatına görə, İraq sərhədi yaxınlığındakı İŞİD mövqelərinə endirilən zərbələr nəticəsində 16 terrorçu öldürülüb, onlarla adam yaralanıb.

Məlumatlara görə, Suriyanı hərbi təyyarələri İŞİD-in nəzarətində olan 5 bölgəni bombalayıb.

Qeyd edək ki, İŞİD Suriyanın neftlə zəngin olan Deyr əz-Zur bölgəsini ələ almağa çalışır.

Suriya ordusunun müqavimətinə baxmayaraq terrorçu qruplaşma bölgənin 70 faizinə nəzarət edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol