Menu

İraqın ərazi sularında iki gəmi toqquşub, ölənlər var

20.08.2017, 21:32
İraqın ərazi sularında iki gəmi toqquşub, ölənlər var

İraqa məxsus “Al-misbar” yardımçı dalğıc gəmisi “Maritime Bulletin” yük gəmisi ilə toqquşub.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə avqustun 19-da İraqın ərazi sularında, Abdullah boğazında baş verib.

Nəticədə dalğıc gəmisi batıb. Dalğıc gəmisində 21 matros olub. Matroslardan 4-ü ölüb, 10 matros xilas edilib. 7 matros isə itkin düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol