Menu

Fəhlə məktəbin damından yıxılaraq öldü

21.08.2017, 11:24
Fəhlə məktəbin damından yıxılaraq öldü

Sumqayıtda orta məktəbdə ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində fəaliyyət göstərən 24 saylı orta məktəbdə qeydə alınıb. Məktəbdə təmir işləri aparan Lerik rayon sakini, 1983-cü il təvəllüdlü Elbrus Firuddin oğlu Məmmədov məktəbin damından yıxılaraq ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğundan Cinayət Məcəlləsinin 162-ci (əmək mühafizə qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol