Menu

“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansı öz üzvünə xəbərdarlıq etdi

23.06.2014, 09:15
“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansı öz üzvünə xəbərdarlıq etdi

“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansının iclası keçirilib. Qurumun rəhbəri Oqtay Gülalıyevin “Media forum” saytına verdiyi məlumata görə, iclasda siyasi məhbuslarla bağlı vəziyyət müzakirə olunub: “Son zamanlar siyasi məhbuslarla bağlı keçirilən məhkəmələrdə onlara fantastik səviyyədə absurd cəza verilməsi, hökumətin siyasi məhbus problemini həll etmək əvəzinə ictimai- siyasi fəalları həbsə atması pisləndi. Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin edilməsi üçün AŞPA-ya müraciət qəbul edildi”.

Alyans üzvləri fəaliyyəti məhdudlaşdırılan və nəzarət altında saxlanan, ölkədən çıxışına yasaq qoyulan siyasi fəallarla bağlı ictimai dinləmə keçirilməsinə qərar veriblər.

Oqtay Gülalıyev əlavə edib ki, islada alyans üzvü Elşən Həsənovun qurumun adından razılaşdırılmamış çıxışları, bəyanatlar verməsi, Penitensiar Xidmətin rəisi Mədət Quliyevə müraciət edərək ondan görüş istəməsi pislənib, ona xəbərdarlıq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol