Menu

Bakı-Astana reysini yerinə yetirən təyyarə geri dönməli olub

21.08.2017, 17:42
Bakı-Astana reysini yerinə yetirən təyyarə geri dönməli olub

Bu gün saat 12:50 radələrində Bakı-Astana reysini yerinə yetirən Qazaxıstanın "Air Astana" aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan 2,5 saat sonra yenidən Bakı hava limanına qayıtmalı olub.

"Report"un "Air Astana" aviaşirkətinin Bakı nümayəndəliyindən əldə etdiyi məlumata görə, hadisəyə səbəb təyyarədə yaranan texniki problemlər olub.

Xəzər dənizi üzərində 2 saatdan artıq uçuşdan sonra təyyarə texniki çətinliklə əlaqədar Bakıya geri dönməli olub. Aviareysin bu axşam saat 21:30-da yenidən yerinə yetirilməsi nəzərdə tutulub", - deyə nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, bu reysin sərnişinlərinin əksəriyyəti Almatı üzərindən Astanaya getməyi planlaşdırırdılar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol