Menu

ABŞ Əfqanıstana əlavə 4 min hərbçi göndərə bilər

21.08.2017, 19:57
ABŞ Əfqanıstana əlavə 4 min hərbçi göndərə bilər

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Əfqanıstana əlavə 4 min hərbçi göndərmək barədə düşünür.

«CBS»-in məlumatına görə, Prezident Donald Tramp bu gün qərarını rəsmi olaraq elan edəcək.

Ehtimal olunur ki, Prezident ABŞ-ın bu ölkədə və bütövlükdə Cənubi Asiyada yeni strategiyasını təqdim edəcək.

Trampın Pakistandan «terrorçulara sığınacaq vermək»dən imtina olunmasını tələb edəcəyi də istisna olunmur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol