Menu

İki sərhəd-keçid məntəqəsi ələ keçirildi

23.06.2014, 09:35
İki sərhəd-keçid məntəqəsi ələ keçirildi

“İraq və Şamda İslam Dövləti” (DAİŞ) terror təşkilatı Suriya sərhədində yerləşən əl-Vəlid və İordaniya sərhədindəki Turəybil sərhəd-keçid məntəqələrini ələ keçirib.

SalamNews–un "əl-Ərəbiyyə" telekanalına istinadla verdiyi xəbərə görə, DAİŞ silahlıları sözügedən məntəqələrə hücumu İraq ordusunun İordaniya və Suriya ilə sərhəddə yerləşən əl-Ənbar əyalətinin şəhərlərindən çıxdığını bəyan etməsindən sonra həyata keçiriblər.

Bildirək ki, bundan əvvəl DAİŞ silahlıları İraq-Suriya sərhədindəki əl-Qaim və bu-Kəmal keçid məntəqələrini də nəzarətə götürüblər.

Yeri gəlmişkən, ötən gün hökumət ordusu ilə təşkilat üzvləri arasında qarşıdurmalar davam edib.

"SumariaNews"un məlumatına əsasən, dünən ordunun xüsusi təyinatlıları əl-Fəllucənin cənubunda DAİŞ-in 30 silahlısını öldürüb və onlara məxsus texnikanı sıradan çıxarıb.

Bundan başqa, silahlıların türkmənlərin yaşadığı Tələfrir şəhərini yenidən ələ keçirdikləri bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol